Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Dərgi.az xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır.
Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.
Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir.
