Türkiyəli aktrisa Helin Elveren, “Daha 17” serialında canlandırdığı Deniz obrazı ilə geniş bir izləyici kütləsi qazanıb. Aktrisa şəxsi həyatı ilə bağlı açıqlama verərək aşka çox da inanmadığını bildirib.
Dergi.az xəbər verir ki, Elveren özünü ilk başda məsafəli, lakin sonradan səmimi, duyğusal və əyləncəli biri kimi təsvir edib. O, utanqanclığını və hər şeyi nəzarət altında saxlama istəyini azaltmaq istədiyini deyib.
Aktrisa “Daha 17″nin uğurunun onu çox məmnun etdiyini və gənc aktyorlar arasındakı rəqabətin onu motivasiya etdiyini vurğulayıb. Elveren, “Çox istedadlı insanlar var və hər kəsin xəyallarına çatmasını istəyirəm” deyib.
Setdəki mühitin onu ən rahat hiss etdiyi yer olduğunu deyən Elveren, aktyorluq sayəsində özünü kəşf etdiyini və özünə güvən qazandığını bildirib. O, rola hazırlaşarkən başqalarını təqlid etmək əvəzinə öz təcrübələrindən bəhrələndiyini vurğulayıb.
Hakan Gence ilə “Sıkı Muhabbet” proqramında qonaq olan Elveren, tənqidlərə konstruktiv yanaşdığını və pis niyyətli şərhləri çox da ciddiyə almadığını qeyd edib. O, izləyici sayısının onu dəyişdirmədiyini və insanların onu təbii halı ilə sevməsini istədiyini bildirib.
