Amerikalı müğənni Katy Perry Bakıda keçirdiyi konsertdə qeyri-adi səhnə şousu ilə diqqət çəkib. Məşhur ulduz performansının bir hissəsində nəhəng bir şüşənin içinə girərək izləyicilərə sürpriz edib.

Dergi.az xəbər verir ki, Bakıda Crystal Hall-da səhnəyə çıxan Perry, “I Kissed a Girl” mahnısını ifa edərkən üzərində “Katyade” yazılan nəhəng bir şüşənin içinə girib. Müğənninin səhnədəki bu seçimi konsertin ən diqqətçəkən anlarından biri olub.

Şou bununla bitməyib. Perry, nəhəng şüşənin içində olarkən tamaşaçıların üzərinə doğru hərəkət edib. İzləyicilərin üzərində irəliləyən məşhur müğənni, konserti izləyənlərə fərqli bir an yaşadıb.

Katy Perry-nin konserti, Formula 1 Azərbaycan Qran Prisi tədbirləri çərçivəsində 25 sentyabrda Bakıda keçirilib. Müğənninin rəngli kostyumları və səhnə şouları qədər bu performansı da gecənin ən çox danışılan anlarından biri olub.