Britaniyalı supermodel Naomi Kempbell Bakıya səfər edərək keçmiş italiyalı nişanlısı Flavio Briatore ilə bir araya gəldi. Dergi.az xəbər verir ki, Naomi Kempbell “Formula 1” Azərbaycan Qran-Prisini izləmək üçün paytaxtımıza gəlib.

Model və iş adamı pit-leyn gəzintisi zamanı birlikdə görüntülənib, bu da onların görüşünün maraqla qarşılanmasına səbəb olub. Naomi Kempbell iki il əvvəl də “Formula 1” oyunlarını izləmək üçün Bakıdakı yarışa qatılmışdı.

Flavio Briatore “Alpine” komandasının rəhbəri olaraq tanınır və onun Naomi ilə dostluğu uzun illərdir davam edir. Onların görüşü Bakıda keçirilən “Formula 1” tədbirinin diqqət çəkən məqamlarından biri olub.