Türkiyənin “Kızılcık Şerbeti” serialı yeni mövsümə iddialı başlasa da, ikinci həftədə reytinqlərdə gözlənilməz düşüş yaşayıb.
Dergi.az xəbər verir ki, 18 sentyabrda yayımlanan mövsümün ilk seriyası Total, AB və ABC1 qruplarında zirvədə qərarlaşmışdı. Lakin 25 sentyabrda yayımlanan 140-cı seriyada reytinqlər kəskin şəkildə azalıb.
Yeni mövsümün ilk seriyası Totaldə 5,86, AB-də 5,47, ABC1-də isə 6,31 reytinq əldə etmişdi. Lakin ikinci həftədə bu rəqəmlər müvafiq olaraq 4,46, 4,55 və 4,63-ə düşüb.
Xüsusilə ABC1 qrupunda reytinq 6,31-dən 4,63-ə enərək təxminən 27% azalma göstərib. Total qrupunda isə 5,86-dan 4,46-ya geriləyib və bu da təxminən 24% azalma deməkdir. AB qrupunda isə 5,47-dən 4,55-ə düşərək 17% azalma müşahidə olunub.
Bu geriləmənin əsas səbəbi həmin axşam yayımlanan Türkiyə-Fransa UEFA Millətlər Liqası qarşılaşması olub. Milli oyun hər üç qrupda birinci yeri tutaraq “Kızılcık Şerbeti”ni ikinci sıraya salıb.
Serialın beşinci mövsümü altı aylıq zaman atlaması ilə başlayıb və Ünal ailəsindəki dəyişikliklər hekayənin mərkəzində qalır.
