Böyük Britaniyalı dizayner Martin Rouz Balenciaga-nın yeni kreativ direktoru təyin edilib.

Dergi.az xəbər verir ki, Rouz, bu vəzifədə italyan modelyer Pyerpaolo Piççolini əvəzləyib. Piççoli, Balenciaga-da cəmi 16 ay çalışıb.

45 yaşlı Martin Rouz, Balenciaga-nın 109 illik tarixində ilk qadın kreativ direktor vəzifəsini tutan şəxsdir. O, həmçinin böyük bir Avropa moda evinə rəhbərlik edən ikinci qaradərili qadındır.

Martin Rouz üçün bu, Balenciaga-ya qayıdışdır: o, 2015-2018-ci illərdə Demna Qvasalia rəhbərliyində brendin kişi xəttində məsləhətçi kimi çalışıb.

Demna Qvasalia, Balenciaga-nı dünya miqyasında ən çox müzakirə olunan brendlərdən birinə çevirmişdi. O, brendin əsas simaları kimi Kim Kardaşyan, Kanye Uest, Bella Hadid və Castin Bieberi seçmişdi.