Britaniyalı məşhur Bruklin Bekhem həyat yoldaşı ilə birlikdə Parisdə keçirilən “Balenciaga” nümayişinə qatılıb.
Dergi.az xəbər verir ki, Bruklinin tədbirdəki görünüşü, xüsusilə saçlarındakı ilk ağ tellər diqqət çəkib. O, ağ köynək, qara qalstuk, dəri gödəkçə və kargo şalvar geyinib.
Onun yanında həyat yoldaşı, aktrisa Nikola Pelts də yer alıb. O, qara top, beli aşağıda olan yubka və zərif hündürdaban ayaqqabılarla göz oxşayıb.
Cütlük əl-ələ tutaraq fotoqraflara poz verib.
