ABŞ-lı aktrisa Megan Fox özəl məzmunlarını abunəlik vasitəsilə təqdim etməyə başlayıb. Dörd uşaq anası, 40 yaşlı aktrisa, OnlyFans-a bənzər bir sistemlə işləyən Subs platformasında öz səhifəsini açıb.

Dergi.az xəbər verir ki, Fox abunəçilərinə başqa yerdə tapılmayacaq foto və videolar, eləcə də telefonuyla çəkdiyi görüntüləri təqdim edəcəyini bildirib. Səhifədə aktrisaya birbaşa mesaj göndərmək imkanı da mövcuddur.

Megan Fox yeni layihədə məzmun yaratmaqla yanaşı, ortaq olaraq da iştirak edir. OnlyFans-ın qurucu ortaqlarından Tim Stokely ilə əməkdaşlıq edən aktrisa, Subs-ın ortaq heyətinə qatılıb.

Fox səhifəsinin açılışı üçün fotoqraf Cibelle Levi-nin obyektivinin qarşısına keçib. Aktrisanın tanıtım çəkilişlərindən fotolar abunəlik səhifəsində yer alıb.

Səhifənin açılmasından sonra ziyarətçi çoxluğu səbəbindən girişdə problemlər yaranıb. Megan Fox Instagram hesabından etdiyi açıqlamada, izləyicilərinin böyük marağının saytı dəfələrlə çökdürdüyünü qeyd edib.