Türkiyəli müğənni Merve Özbey Gastro Afyon Turizm və Ləzzət Festivalının son günündə səhnə alıb. Müğənninin başına bədbəxt hadisə gəlib.
Dergi.az xəbər verir ki, Özbey mahnılarını ifa edərkən səhnədən enərkən yıxılıb. Hadisədən dərhal sonra Merve Özbeyə ilk tibbi yardım ərazidəki qruplar tərəfindən göstərilib. Daha sonra təcili olaraq xəstəxanaya aparılan Merve Özbeyin sağlamlıq durumu marağa səbəb olub.
Merve Özbey açıqlama verərək “Konsertə ara verdiyim zaman pilləkəndən yıxıldım. İndi İstanbuldayıq, öz həkimimizə gedirik, qol deyilmiş, amma təəssüf ki, ayaqdır. Mümkün qədər tez aranıza qayıtmağa çalışacağam. Qarşıdakı konsertlərə çatmağa çalışacağam” deyib.
