Yazıçı Kəramət Böyükçöl bəzi müğənnilərin onun tənqidindən yayınmaq üçün yaxınlıq qurmağa çalışdıqlarını açıqlayıb.
Dergi.az xəbər verir ki, o, “Zarafat bir yana” verilişində müğənnilər Afət Fərmanqızı və Damla ilə bağlı maraqlı məqamlara toxunub.
Kəramət Böyükçöl bildirib ki, bəzi məşhurlar tənqidi statuslarını silməsi üçün ona müraciət etsələr də, bu xahişləri yerinə yetirməyib.
Yazıçının sözlərinə görə, Afət Fərmanqızı bir dəfə ona mahnı oxuyaraq video göndərib və bununla onun tənqidindən yayınmağa çalışıb.
“Bir dəfə Afət Fərmanqızı açıq şəkildə mənə mahnı oxuyub video göndərmişdi ki, qələmimdən çəkinir, özünü bəri başdan sığortalamaq istəyir. Amma yenə də onu tənqid etdim”, – deyə Kəramət bildirib.
O, müğənni Damla ilə münasibətlərindən də danışıb. Yazıçı qeyd edib ki, Damla ondan çoxlu kitab alıb və aralarında dostluq münasibəti olub.
Kəramət Böyükçölün sözlərinə görə, bir müsahibəsində müğənninin fikirlərini tənqid etdikdən sonra Damla ondan küsüb. Lakin sonradan tərəflər münasibətlərini düzəldərək barışıblar.
Dergi.az
