Müğənni Lara Atilla Taşın qızı Sezen Taşın həyatını itirməsindən sonra sənət dünyasına sərt sözlər söyləyib.

Dergi.az xəbər verir ki, Lara sosial media hesabında paylaşım edərək, iki uşağın anasız qaldığını xatırladıb və sənətkarların baş verən acı hadisə qarşısında susqunluğunu tənqid edib.

Lara paylaşımında həmkarlarına “Bir gün bir şey paylaşmasanız olmurmu? Bir gün yediyinizi, içdiyinizi, gəzdiyinizi göstərməsəniz olmurmu? Bir az olsun bu acıya hörmət edə bilmirsinizmi?” deyə səslənib.

Sənət dünyasındakı bəzi şəxsləri duyarsızlıqla ittiham edən Lara, “Nə qədər amansız, nə qədər vəfasızsınız” ifadələri ilə reaksiyasını davam etdirib. O, həmkarlarını bir günlük də olsa bu acını hiss etməyə çağırıb.

Lara mesajının sonunda Atilla Taşa başsağlığı diləyərək “Atilla, acını ürəyimdə hiss edirəm. Qızının məkanı cənnət olsun. Sənə və ailənə səbir diləyirəm” deyib.