Məşhur britaniyalı müğənni Robbi Uilyamsın Peru paytaxtı Limada gözlənilən konserti təhlükəsizlik qaydalarına əməl olunmadığı üçün ləğv edildi. Konsertin keçirilməsi planlaşdırılan Arena 1 Parkında lazımi tədbirlər görülmədiyi üçün səlahiyyətlilər tədbiri ləğv etmək məcburiyyətində qaldı.

Dergi.az xəbər verir ki, Robbi Uilyams konsertin ləğv edilməsindən sonra otelinin qarşısında toplaşan pərəstişkarlarını sevindirmək üçün spontan bir performans sərgilədi. O, “ürəyinin qırıldığını” desə də, otelin qarşısında toplaşan izdihamla birlikdə qısa bir mahnı oxuyaraq onların könlünü aldı.

Bu gözlənilməz performans, Robbi Uilyamsın pərəstişkarlarına olan sevgisini və onların dəstəyini necə qiymətləndirdiyini bir daha göstərdi. Həyəcandan coşan pərəstişkarlar, müğənninin bu jestini alqışlarla qarşıladılar.