Amerikalı pop ulduzu Maykl Cekson haqqında çəkilən “Michael” bioqrafik filmi BAFTA mükafatlarına təqdim edilməyəcək.

Dergi.az xəbər verir ki, filmin prodüserləri GK Films və distribütoru Universal filmi BAFTA-ya təqdim etməkdən imtina ediblər. Bu qərar nəticəsində filmdə rol alan Cəfər Cekson, Kolman Domingo və digər yaradıcı heyət BAFTA mükafatlarından kənarda qalacaq.

Prodüser Qraham Kinq keçən il BAFTA və BBC-ni mədəni həssaslıq göstərməməkdə ittiham edib. Bu, “I, Swear” hadisəsi zamanı baş vermişdi, lakin bu qərarın bu ilki BAFTA-dan imtina ilə əlaqəsi olub-olmadığı bəlli deyil.

“Michael” filmi Maykl Ceksonun rolunu onun qardaşı oğlu Cəfər Ceksonun ifasında təqdim edir. Filmin rejissoru Antuan Fukua, ssenari müəllifi Con Loqandır.