Rusiyalı tennisçi Mira Andreyeva, belaruslu Arina Sabalenka və ukraynalı Elina Svitolina WTA və Vogue jurnalının birgə təşkil etdiyi fotosessiyada iştirak edib.

Dergi.az xəbər verir ki, sosial şəbəkələrdə məşhur moda evlərinin geyimləri ilə çəkilən bu fotosessiya tənqidlərə məruz qalıb. İstifadəçilər stilistlərin tennisçilər üçün seçdiyi geyimləri uğursuz hesab ediblər.

Mira Andreyevanın görünüşü “Harri Potter” filmindəki Ron Uizlinin xalasına bənzədilib, Arina Sabalenkanın geyimi isə Nike və Gucci markalarından ibarət olub. Elina Svitolina Tom Ford, Yelena Rıbakina isə Dior markalarından geyimlərdə çəkilib.

İddialara görə, Elina Svitolina rusiyalı Mira Andreyeva və belaruslu Arina Sabalenka ilə birgə foto çəkdirməkdən imtina edib. Lakin bu barədə rəsmi açıqlama verməyib.