Rusiyalı bloger Oksana Samoylovanın və reper Ciganın 12 yaşlı qızı Leya anime obrazında fotosessiya edib.

Dergi.az xəbər verir ki, Leya Yaponiyanın Kawaii estetikası ilə maraqlanır və bu üslubda obrazlar yaradır. O, çəkdiyi şəkilləri sosial mediada paylaşır. Oksana Samoylova da qızını dəstəkləyir və daha əvvəl onunla birlikdə oxşar obrazda video çəkib şəxsi bloqunda yayımlayıb.

Şərhlərdə bir çoxları Leyanın istedadını tərifləyərək onu anasına bənzədirlər. “Çox gözəl alınıb”, “Leyada istedad var! Gözəl makiyaj edib”, “Leya ən çox Oksanaya bənzəyir. Xüsusilə makiyajla anasının eynisidir”, “Leyanın obrazlar yaratması çox yaxşı alınır, ağıllı qızdır”, “Leya möcüzədir” kimi rəylər yazılıb.

Oksana Samoylova və Ciganın (əsl adı Denis Ustimenko-Veynşteyn) dörd övladı var: 15 yaşlı Ariela, 12 yaşlı Leya, doqquz yaşlı Maya və altı yaşlı David. Bu ilin aprel ayında cütlük 13 illik evlilikdən sonra boşanıb.