Oksana Samoylova haqqında yayılan qalmaqallı söz-söhbətlərin səbəbi bəlli oldu
38 yaşlı rusiyalı bloger Oksana Samoylova keçmiş həyat yoldaşı, reper Ciquanın (Denis Ustimenko-Veynşteyn) ətrafında baş verən son qalmaqallardan sonra illərdir onun barəsində yayılan eskort fəaliyyəti ilə bağlı iddialara aydınlıq gətirib.
Samoylovanın sözlərinə görə, bu söz-söhbətlərin yayılmasına illər əvvəl çəkilmiş bir fotoşəkil səbəb olub. Fotoda reper Ciquan Oksana və onun rəfiqəsi ilə birlikdə sauna və spa məkanında görüntülənib.
Dergi.az xəbər verir ki, Samoylova bu barədə Kseniya Sobçakın müsahibəsində danışıb. Onun sözlərinə görə, foto çəkilən zaman Ciquanla münasibətdə olub və görüntü sadəcə zarafat və xatirə məqsədilə çəkilib.

“Çirkli söz-söhbətlərin haradan yarandığını bilirsinizmi? Bir foto var – orada mən, Denis və rəfiqəmiz görünür. Onun gözəllik salonu var idi və biz orada tanış olmuşduq. Salonda kiçik spa və cakuzi də vardı. O vaxt Denislə görüşürdük. O gəldi və biz seksual xarakterli fotolar çəkdik. Sadəcə düşündük ki, maraqlı olar. O zamanlar tamam başqa idi. İndi həmin fotoya baxıram və düşünürəm: kaş o gün heç olmayaydı”, – deyə Samoylova bildirib.
Bloger əlavə edib ki, foto internetə yayıldıqdan sonra onun haqqında müxtəlif versiyalar ortaya çıxıb. İddialardan birinə görə, guya Ciquan Samoylovanı məhz həmin saunada tanıyıb.

Samoylovanın sözlərinə görə, bu məlumat həqiqəti əks etdirmir və illər ərzində onun haqqında çoxsaylı miflər formalaşıb.
Qeyd edək ki, Samoylovanın açıqlamaları Ciquanın Moskvaətrafında atəş açması ilə bağlı son qalmaqaldan sonra gündəmə gəlib. Bu hadisənin fonunda onların münasibətləri və ailə həyatı ilə bağlı müxtəlif müzakirələr yenidən aktuallaşıb.
