Aktyor Murad İsmayılla aktrisa Ülviyə Xəlilbəyovanın oğlu Fuad birinci sinfə qədəm qoyub.

Dərgi.az  xəbər verir ki, keçmiş cütlük bu münasibətlə sosial media hesablarında paylaşım edib.

Bir müddət əvvəl ayrılan Murad İsmayıl və Ülviyə Xəlilbəyova övladlarının həyatındakı bu əlamətdar gündə onun yanında olublar.

Qeyd edək ki, Ülviyə Xəlilbəyova və Murad İsmayıl iki il əvvəl rəsmi şəkildə boşanıblar. Keçmiş cütlüyün iki övladı var.