Müğənni Pünhan Priyevin toyunda 4 mindən çox qonağın iştirak etdiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib. Məşhur bədii qiraətçi Pünhan İsmayıl, Qaynarinfo-ya açıqlamasında toyun tamadası olduğunu bildirib.

Dergi.az xəbər verir ki, Pünhan İsmayıl, məclisdə 2 minə yaxın qonağın iştirak etdiyini deyib. “Toy Pünhan Priyevin ata evində keçirilib. Böyük həyətləri var. Məclisə 2 minə yaxın qonaq dəvət olunmuşdu. Bundan əlavə, musiqi aləminə uyğun dekorasiyalar quraşdırılmışdı. Toy dekorasiya baxımından da zəngin idi. Dəvət olunanlar arasında müğənninin həmkarları da var idi. Bakıdan 40-dan çox müğənni dəvət olunmuşdu. Onların hər biri öz ifaları ilə məclisə rəng qatdı”, – deyə o bildirib.

Qeyd edək ki, müğənni Pünhan Priyevin toyu sentyabrın 23-də baş tutub. Sosial şəbəkələrdə gündəm olan məclis Hacıqabul rayonunun Meyniman kəndində, sənətçinin ata evində keçirilib. Məclisdə 4 mindən çox şəxsin iştirak etdiyi barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.