Rusiyalı aktrisa Ravşana Kurkova Moskvada keçirilən Sokolov zərgərlik brendinin təqdimat mərasiminə qatılıb.

Dergi.az xəbər verir ki, tədbirdə Ravşana Kurkova ilə yanaşı, Aleksandr Roqov, Avrora, Katya Golden, Snezhina Kulova, Anfisa İbadova və Lina Dembikova kimi məşhurlar da iştirak edib.

46 yaşlı Ravşana Kurkova nadir hallarda ictimaiyyət qarşısına çıxır. Bu dəfə o, qara libas və ağ mini-çanta ilə tədbirdə diqqət çəkib.