Məşhur barbadoslu müğənni Rihanna qızı Roki ilə nadir fotolarını sosial mediada paylaşıb.

Dergi.az xəbər verir ki, Rihanna 13 sentyabrda bir yaşını tamamlayan qızı ilə bağlı paylaşımında “Kim mənə qızı dünyaya gətirməyə icazə verdi, qardaş?” ifadəsini işlədib.

Rihanna və 37 yaşlı reper A$AP Rocky (əsl adı Rakim Mayers) artıq beş ildir birlikdədirlər. Cütlük 2022-ci ildə ilk övladları Rizanı, 2023-cü ildə isə oğulları Riotı dünyaya gətirib. Onların evlənməsi ilə bağlı şayiələr dolaşsa da, bu məlumatlar təsdiqlənməyib.

Rihanna Met Gala-da üçüncü hamiləliyini elan etmiş və sentyabrda qızı Rokini dünyaya gətirmişdi. Onun dördüncü dəfə hamilə olması ilə bağlı iddialar isə təsdiqlənməyib.