Seda Bakan, musiqiçi Əli Erel ilə evləndikdən sonra iki qız anası olaraq ailə həyatını davam etdirir.
Lakin bu dəfə tanınmış aktrisa geyim seçimi ilə diqqəti cəlb edib. Parmağı açıq çizmələri ilə obyektivlərə tuş gələn Bakanın ayaqqabılarının qiyməti isə hər kəsi təəccübləndirib.
Dergi.az xəbər verir ki, sosial mediada sürətlə yayılan fotolar, Seda Bakanın moda anlayışını və cəsarətli seçimlərini bir daha ortaya qoydu. Aktrisanın çizmələrinin qiyməti isə izləyiciləri arasında geniş müzakirələrə səbəb olub.
Seda Bakanın bu qeyri-adi seçimləri, onun moda dünyasında özünəməxsus yer tutduğunu göstərir. Moda sevərlər isə aktrisanın bu cəsur addımını təqdirlə qarşılayıb.

