Amerikalı müğənni Selena Qomezin əri, musiqi prodüseri Benni Blanko münasibətlərinin başlanğıcında baş verən maraqlı hadisəni açıqlayıb.
Dergi.az xəbər verir ki, Benni Blanko “Friends Keep Secrets” podkastının yeni buraxılışında Selena ilə münasibətlərinin əvvəlində gecə saatlarında onunla “münasibət statusu” barədə danışdığını xatırlayıb. O, qeyd edib ki, Selena gecə saat 3:30-da ondan “Biz kimik?” deyə soruşub və bu sualı bir neçə dəfə təkrarlayıb.
Benni Blanko bildirib ki, o zaman Selena Qomezin onun qız yoldaşı olmaq istədiyini anladığını deyib. O, bu “tələb” qarşısında seçim imkanının olmadığını və bunun ona lazım olan bir təkan olduğunu vurğulayıb.
Benni Blankonun açıqlamaları sosial mediada geniş müzakirələrə səbəb olub. İstifadəçilər onun Selananı “aşağılamasını” tənqid ediblər.
Selena Qomez və Benni Blanko 2023-cü ildən görüşməyə başlayıblar və 2025-ci ilin payızında evləniblər. Selena əvvəllər müğənni Castin Biberlə münasibətdə olub.
