Türkiyəli rejissorlar Yusuf Pirhasan və Mehmet Can Bindalın rəhbərliyi ilə çəkiləcək “Susuz Yaz” serialı Adanada çəkilişlərə başlayır.

Dergi.az xəbər verir ki, Sema Ergenekonun ssenarisini yazdığı serialda Mert Ramazan Demir, Lizge Cömert, Şebnem Bozoklu və İrem Sak kimi məşhur adlar iştirak edəcək. Serialın güclü aktyor heyəti Necati Cumalının ölümsüz əsərindən ilham alıb.

“Susuz Yaz”ın çəkilişləri Adanada baş tutacaq və Ay Yapım tərəfindən istehsal edilən bu layihə çox yaxın zamanda Kanal D-də yayımlanacaq.

Serialın çəkilişləri öncəsi keçirilən oxuma provasından əyləncəli anlar yaşanıb.