Amerikalı müğənni Teylor Svift MTV Video Musiqi Mükafatları 2026-da parlaq görünüşü ilə diqqət çəkib.
Dergi.az xəbər verir ki, Svift qırmızı xalçada Tamara Ralph Couture imzalı parıltılı, yarı şəffaf libası ilə iştirak edib. Onun geyimi arxa tərəfdən bağlanan korset tərzində idi.
Gecənin digər diqqət çəkən adları arasında Teyana Teylor və Charli XCX də yer alıb. Teyana Teylor Zuhair Murad Couture dizaynlı, tüklü detallı libası ilə, Charli XCX isə Saint Laurent imzalı vampir üslubunda iki hissəli paltarı ilə iştirak edib.
Gecədə incilər də populyar seçim olub. “Off Campus” ulduzu Ella Bright Roberto Cavalli imzalı vintage libası və inci boyunbağı ilə, Raye isə Georges Hobeika Couture dizaynlı gümüşü libası ilə diqqət çəkib.
XƏBƏRİN VİDEOSU
0:00 / 0:00
