Rusiyalı reper Teymurun (Timati) qızı, 12 yaşlı Alisa Yunusova “Diva” filmində baş rolu necə aldığını açıqlayıb.
Dergi.az xəbər verir ki, Alisa Voice nəşrinə müsahibəsində babasının atasına kastinqi göstərdiyini, atasının isə ciddi olduğunu deyərək heç bir şey etməyəcəyini vurğulayıb. Aktrisa kastinq üçün italyan dilində ariya öyrənməli olduğunu qeyd edib. O, bir gün ərzində ariyanı öyrənib və ikinci mərhələyə dəvət alıb.
Yunusova çəkilişlərdə ən çətin şeyin səhərlər erkən durmaq olduğunu bildirib. O, dərslərini çəkilişlərlə paralel aparıb və çatdıra bilmədiklərini repetitorla öyrənib. Aktrisa olmaq istəyini təsdiqləyən Alisa, hər hansı janrda rol almağa hazır olduğunu deyib.
Bu ilin yazında Yunusovanın Anna Melikyanın “Diva” filmində baş rola seçilməsi xəbəri yayıldı. Bu xəbər sosial şəbəkələrdə tənqidlərə səbəb oldu və Alisanın nənəsi Simona Yunusova bu seçimin ailə üçün “tamamilə gözlənilməz” olduğunu bildirib. Filmin 3 dekabrda nümayişi gözlənilir.
