Amerikalı aktyor Tobey Maguire keçmiş həyat yoldaşı, zərgərlik dizayneri Jennifer Meyer ilə boşandıqdan sonra onun yenidən nikah mərasimində iştirak edib.

Dergi.az xəbər verir ki, Jennifer Meyer musiqi sənayesində menecer olan Geoff Ogunlesi ilə Havay adalarında keçirilən mərasimdə ailə həyatı qurub.

Tobey Maguire isə mərasimdə nikahı idarə edən şəxs olub. Paylaşılan fotolarda Maguire-ın əlindəki sənədlərdən nikah mətnini oxuduğu görünür.

Cütlük 2007-ci ildə evlənmiş və 2016-cı ildə ayrılmaq qərarı almışdı. Jennifer Meyer 2020-ci ildə boşanma üçün müraciət etmiş və proses 2026-cı ilin sentyabrında tamamlanmışdı.