Alman əsilli aktrisa Wilma Elles “Rafıklar” serialının çəkilişləri üçün bir müddətdir ki, Qaziantepdədir və şəhərə tam uyğunlaşdığını bildirib.
Dergi.az xəbər verir ki, aktrisa artıq gündəlik həyatında belə Qaziantep şivəsində danışmağa başladığını açıqlayıb. Bu, onun seriala nə qədər uyğunlaşdığını göstərir.
Wilma Elles həmçinin Qaziantep mətbəxinin incəliklərini də öyrəndiyini deyib. Aktrisa baklavanın necə yeyiləcəyini öyrəndiyini və günə kebabla başladığını bildirib.
Serial çəkilişləri zamanı yöresel geyimlər də Wilma Elles üçün maraqlı olub. O, bu geyimləri bəyəndiyini və İstanbulda da belə geyinə biləcəyini söyləyib.
“Rafıklar” serialının çəkilişləri davam edir və Wilma Elles-in Qaziantepə uyğunlaşması sosial mediada maraqla qarşılanır.
