Türkiyəli rejissor və aktyor Yılmaz Ərdoğan “Vizontele” seriyasının üçüncü filminin çəkiləcəyini açıqlayıb.

Dergi.az xəbər verir ki, Fethiye Beynəlxalq Film Festivalında çıxış edən Ərdoğan “Vizontele 3” filminin 2028-ci ilin yanvar və ya fevral ayında nümayiş etdirilməsini planlaşdırdıqlarını bildirib. Lakin o, eyni zamanda bu filmin seriyanın son filmi olacağını da qeyd edib.

“Bu son Vizontele olacaq. 2028-ci ilin yanvar-fevral ayında yetişdirəcəyik” deyə Ərdoğan bildirib.

“Vizontele” seriyasının ilk filmi 2001-ci ildə, ikinci filmi “Vizontele Tuuba” isə 2004-cü ildə nümayiş etdirilib. Üçüncü filmin aktyor heyəti və hekayə detalları hələ açıqlanmayıb.