Amerikalı aktrisa Ancelina Coli və aktyor Bred Pittin övladlığa götürdükləri qızı Zahara Marli Pitt atasının soyadından rəsmi olaraq imtina edib.

Dergi.az xəbər verir ki, Los-Anceles məhkəməsi 21 yaşlı Zaharanın adının dəyişdirilməsi barədə müraciətini qəbul edib. Beləliklə, onun adı Zahara Marli Coli olaraq dəyişdirilib.

Pittə yaxın bir mənbə, Zaharanın bu qərarını “tam və total uzaqlaşmanın” bir nümunəsi kimi qiymətləndirib. Mənbə bildirib ki, bu, keçmiş həyat yoldaşının uğurlarını kölgədə qoymaq cəhdidir.

Colinin ətrafı isə Pittin reaksiyasını “yeni bir səviyyədə alçaqlıq” adlandırıb. Onlar qeyd ediblər ki, Zahara atasının hərəkətlərini ictimaiyyətə açıqlamamaqla yetkinlik nümayiş etdirib.

Zahara və onun qardaşı Maddoks artıq iki ay əvvəl rəsmi olaraq Pitt soyadından imtina etmək niyyətlərini bildirmişdilər. Pitt isə bu müddətdə heç bir etiraz etməyib.