Aktyor və rejissor Elməddin Cəfərov illər sonra “Bacanaqlar” serialının çəkilişləri və layihənin niyə başa çatması ilə bağlı danışıb.
Dergi.az xəbər verir ki, “Pozan Media”nın “YouTube” layihəsinə müsahibə verən sənətçi seriala başlayanda 25-26 yaşlarında olduğunu, layihədən ayrılarkən isə 37 yaşına çatdığını deyib.
“Bu layihəyə başlayanda cəmi 25-26 yaşım var idi. Setdən çıxanda isə artıq 37 yaşına çatmışdım. Tam 10 ilim bu seriala getdi. Həm yaşlaşmışdım, həm də layihədən doymuşdum. Hiss edirdim ki, artıq təkrarçılığa yol veririk”, – deyə Cəfərov bildirib.
Aktyor “Bacanaqlar”ın yenidən çəkilməsi ehtimalına da münasibət bildirib.
“Uğuru vaxtında saxlamalısan. Keçmişimi bu gün gətirib satmaq niyyətində deyiləm”, – deyə o vurğulayıb.
Dergi.az
