Serdar Gözeleklinin rejissorluğunu edəcəyi, “Narsist” adlı serialın baş rol aktyorlarından birinin kimliyi də məlum olub.

Dərgi.az-ın xəbərinə görə, aktrisa Pelin Akil ssenarisini Aslı Zengin və Banu Zengin Takın yazdığı, 10 bölümdən ibarət layihə ilə razılığa gəlib.

Pelin Akil serialda “Işıl” obrazını canlandıracaq. O, inşaat mühəndisi “Uygar”ın (Tolgahan Sayışman) həyat yoldaşı və “Melisa” adlı qızının anası kimi tamaşaçı qarşısına çıxacaq.

Qeyd edək ki, “Arka Sıradakiler” serialının çəkiliş meydançasında tanış olan Anıl Altan və Pelin Akil 2016-cı ildə evlənib. Cütlüyün 2019-cu ildə Alin və Lina adlı əkiz qızları dünyaya gəlib.

Pelin Akil və Anıl Altan 2025-ci ildə yollarını ayıraraq evliliklərini sonlandırıblar.