Türkiyəli repçi Sefo haqqında aparılan istintaqla bağlı yeni açıqlama verib. O, Adli Tibb İnstitutunda təqdim etdiyi nümunələrin nəticələrinin ona çatdığını və nəticələri ictimaiyyətlə bölüşdüyünü bildirib.

Dergi.az xəbər verir ki, Sefo qan, sidik və saç nümunələri üzərində aparılan tədqiqatların nəticələrinə dair “Vücudumdan alınan nümunələrdə narkotik və ya stimullaşdırıcı hər hansı bir maddəyə rastlanmamışdır” ifadəsini işlədib.

Repçi açıqlamasında evində aparılan axtarışdan da bəhs edib. Sefo, “Evimdə aparılan detallı axtarışda hər hansı bir cinayət əlamətinə rastlanmadığı kimi…” ifadələrini işlədib.

İstintaqın ilk günündən etibarən prosesə yanaşmasını izah edən Sefo, dövlət qurumlarına və aparılan hüquqi prosesə hörmətlə yanaşdığını qeyd edib.

Test nəticələrini ictimaiyyətlə paylaşmaq istədiyi ən dəqiq məlumat olduğunu ifadə edən Sefo, açıqlamasını “Proses boyunca vəzifəsini layiqincə yerinə yetirən bütün dövlət vəzifəlilərinə də təşəkkür edirəm” sözləri ilə tamamlayıb.