Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqında yeni test nəticələri açıqlanıb.
Dergi.az xəbər verir ki, istintaq çərçivəsində saxlanılan Afra Saraçoğlu və aktyor Aras Bulut İynemlinin narkotik testlərinin nəticələri bəlli olub.
Məlumata görə, Afra Saraçoğlunun testi müsbət nəticə verib. Aktrisadan götürülən saç nümunəsində kokain aşkarlandığı bildirilir.
Eyni istintaq çərçivəsində saxlanılan Aras Bulut İynemlinin narkotik testi isə mənfi çıxıb.
Qeyd edək ki, məşhurlara qarşı aparılan istintaq çərçivəsində daha əvvəl futbolçu Hasan Şaşın testinin də müsbət, idman şərhçisi Yağız Sabuncuoğlunun testinin isə mənfi olduğu açıqlanmışdı.
