Türkiyəli aktrisa Alina Boz ilk övladını qarşılamağa hazırlaşır. Aktrisa sosial media hesabında yay fəslinin sonuna aid fotolarını paylaşıb.

Dergi.az xəbər verir ki, 5,5 aylıq hamilə olan 28 yaşlı aktrisa, yay tətilindən çəkilmiş xoşbəxt anlarını izləyiciləri ilə bölüşüb. Hamiləlik dövrünün dadını çıxaran Bozun təbii gözəlliyi izləyicilərindən yüksək qiymət alıb.

Bundan əlavə, Alina Boz İstanbul Bilgi Universiteti Sinema və Televiziya Bölümündən məzuniyyətinə aid köhnə bir fotoşəkili də yayımlayıb. Aktrisanın bu səmimi paylaşımı sosial mediada minlərlə bəyənmə və təbrik mesajı toplayıb.