Rusiyalı aktrisa və televiziya aparıcısı Anastasiya Makeeva ilk dəfə ana olacağını açıqlayıb.

Dergi.az xəbər verir ki, Makeeva sosial media hesabında “hamiləlik fotosessiyası”ndan kadrlar paylaşaraq ağ paltarda, qarnı böyümüş halda görünüb. Aktrisa ana olmaq üçün 14 il çalışdığını və dördüncü həyat yoldaşı Roman Malkovla birlikdə hər şeyi sınadıqlarını bildirib.

Aktrisa qeyd edib ki, bu illər ərzində həkimlərə müraciət ediblər, müqəddəs yerlərə səfərlər ediblər, monastırlarda dua ediblər. Bəzən insan gücü qalmadığı anlar olub, lakin iman və sevgi onları ruhdan salmayıb. Nəhayət, uzun illər arzuladıqları bu xəbəri elan edə bilərlər: onlar uşaq gözləyirlər.

Anastasiya Makeeva 2021-ci ildə dördüncü dəfə Roman Malkovla ailə qurub. Onlar 2020-ci ildə tanış olublar. Malkov əvvəlki evliliyindən dörd uşaq sahibidir.