Türkiyəli aktrisa Ayça Bingöl və aktyor Emir Berke Zincidi 16 il sonra yenidən bir araya gəlib.

Dergi.az xəbər verir ki, Kanal D-də 2010-2013-cü illərdə yayımlanan “Öyle Bir Geçer Zaman Ki” serialında ana-oğul obrazlarını canlandıran Bingöl və Zincidi illər sonra görüşüblər.

Serialın yayımlandığı dövrdə 5 yaşında olan və keçən ay 21 yaşını qeyd edən Zincidi’nin illər ərzindəki dəyişimi diqqət çəkib. Onların birlikdə çəkdirdiyi foto sosial mediada böyük maraqla qarşılanıb.