Türkiyəli aktyor Emir Berke Zincidi “Öyle Bir Geçer Zaman Ki” serialında canlandırdığı “Küçük Osman” obrazı ilə tanınmışdı. Uzun müddət mediadan uzaq qalan aktyor illər sonra xüsusi bir tədbirdə görüntülənib.
Dergi.az xəbər verir ki, tədbirdə Emir Berke Zincidi serialdakı anası Cemile rolunu oynayan Ayça Bingöl ilə birlikdə görünüb. İkili illər sonra eyni kadrda yer alaraq nostalji yaşadıb.
Bu görüş sosial mediada böyük marağa səbəb olub. Emir Berke Zincidi’nin son halı və Ayça Bingöl ilə çəkilən fotoları qısa müddətdə geniş müzakirə edilib.
İzləyicilər və serialın pərəstişkarları aktyorun ekranlara qayıtmasını arzuladıqlarını bildiriblər. “Osman kimi bir uşaq aktyor bir daha gəlmədi” və “Küçük Osman böyümüş” kimi şərhlər paylaşılıb.
