Amerikalı aktrisa Cessika Alba 2011-ci ildə Baby2Baby layihəsinin yenidən başlamasına qoşulub.

Dergi.az xəbər verir ki, təşkilat ABŞ-dakı ehtiyaclı ailələrin uşaqlarını geyim, qida və digər zəruri əşyalarla təmin edir. Hər payızda fond Hollivud ulduzlarını tədbirə toplayaraq ianə kampaniyası keçirir.

Bu il, 14 noyabrda, Qərbi Hollivudda yerləşən Sakit Okean Dizayn Mərkəzində 15-ci yubiley gala-şam yeməyi baş tutub.