Amerikalı aktyor Brendan Fraser məşhur “The Mummy” franşizasının yeni filmində baş rolda geri qayıdacaq. Universal Pictures “The Mummy: Book of the Dead” adlanan filmin 15 oktyabr 2027-ci ildə kinoteatrlarda nümayiş olunacağını açıqlayıb.
Dergi.az xəbər verir ki, Fraser ilə yanaşı, Rachel Weisz də Evie O’Connell rolunda geri dönəcək. Filmdə Con Hannah, Michael Johnston, Numan Acar, Kevin J O’Connor və Oded Fehr də rol alacaq.
“The Mummy” ilk dəfə 1932-ci ildə Boris Karloffun baş rolda olduğu film olaraq ekranlara çıxıb. Fraser və Weisz-in iştirakı ilə 1999-cu ildə Stephen Sommers-in rejissorluğu ilə eyni adlı film franşizasının əsası qoyulub.
Yeni film 1999-cu ildəki “The Mummy” və onun 2001-ci il davamı “The Mummy Returns”un davamıdır.
Franşizaya 2008-ci ildəki “The Mummy: Tomb of the Dragon Emperor” və 2017-ci ildə Tom Cruise-un baş rolda olduğu “The Mummy” rebootu da daxildir.
