Türkiyəli aktrisa Burcu Biricik həyat yoldaşı Emre Yetkin ilə birlikdə Beyoğlu Asmalımescitdə keçirdiyi gecədə həm duyğusal, həm də şən anları ilə diqqət çəkib.
Dergi.az xəbər verir ki, məkan daxilində bir müddət göz yaşlarını saxlaya bilməyən aktrisanı həyat yoldaşı təsəlli edib. Gecənin irəliləyən saatlarında isə Biricikin əhvalı tamamilə dəyişib. Aktrisa çöldə çiçək satan uşaqlarla rəqs edərək gecəni xoş bir şəkildə başa vurub.
Biricikin niyə belə duyğusal anlar yaşadığı isə məkan çıxışında jurnalistlərin sualları ilə aydınlaşıb. Aktrisa, ortada pis bir vəziyyətin olmadığını xüsusi vurğulayıb.
Mətbuat nümayəndələrinin onu üzgün və ağlarkən gördüklərini xatırlatması üzərinə Burcu Biricik yaşadığı duyğusallığın analıqla bağlı olduğunu bildirib. “Analığın verdiyi bir sıra duyğular. Ana olmaqla bağlı bir duyğusallıq. Bir problem yoxdur, yəni, çox yaxşıyıq” deyərək vəziyyətə aydınlıq gətirib.
Gecənin sonuna doğru isə Burcu Biricikin əhvalı yerinə gəlib. Məkan çıxışında çiçək satan uşaqlarla qarşılaşan aktrisa onlarla birlikdə rəqs etməyə başlayıb. Biricikin şən halları ətrafdakılara da rəngli anlar yaşadıb.
