Türkiyəli aktyor Çağlar Ertuğrul bu dəfə aktyorluq performansı ilə deyil, gündəlik həyatında seçdiyi lüks aksesuarla diqqət mərkəzinə gəlib.

Dergi.az xəbər verir ki, aktyorun bir restoranda yemək yeyərkən çəkilən fotosunda qolundakı saat sosial mediada ən çox müzakirə olunan mövzulardan olub. İddialara əsasən, bu saatin bazar dəyəri təxminən 2,2 milyon TL-dir.

Çağlar Ertuğrulun qolundakı metal bilərzikli saatın Audemars Piguet markasına aid olduğu və markanın məşhur Royal Oak Chronograph dizaynını əks etdirdiyi bildirilib.

Bu lüks saatın qiymətinin milyonlarla ölçüldüyü və ikinci əl platformalarda 2 milyon 192 min 834 TL kimi məbləğlərlə satıldığı qeyd olunub. Saatın istehsal ili, vəziyyəti və orijinal qutu-sənəd kimi detalların qiymətə təsir edə biləcəyi vurğulanıb.