Kubalı müğənni Camila Cabello Los-Ancelesdə Katseye qrupunun konsertində səhnəyə çıxıb.
Dergi.az xəbər verir ki, Cabello, Katseye qrupunun üzvü Daniela Avanzini tərəfindən “Gabriela” mahnısının rəqsi üçün dəvət edilib. Katseye qrupu Avanzini, Lara Raj, Yoonchae və Megan Skindieldən ibarət dördlük kimi çıxış edib.
Avanzini Cabelloya “Sən möhtəşəm görünürsən” deyib və “Gabriela” rəqsini bilib-bilmədiyini soruşub. Cabello isə “Bir az bilirəm, sadəcə bir az” cavabını verib. İki Latın müğənnisi birlikdə rəqs edərək səhnəni canlandırıb.
Katseye konsert boyunca “Pinky Up”, “Gnarly” və “Mean Girls” kimi hitlərini ifa edib. Qrup bu il Variety Hitmakers tərəfindən İlin Qrupu Mükafatına layiq görülüb və hazırda “Wildworld” turundadır.
