Böyük Britaniyalı aktrisa Catherine Zeta-Jones və amerikalı aktyor Michael Douglas 25 illik evliliklərini qeyd ediblər.

Dergi.az xəbər verir ki, Catherine Zeta-Jones 82 yaşlı ərinin doğum günündə onu öpdüyü bir fotoşəkili sosial media hesabında paylaşıb. Aktrisa paylaşımında “İyi ki doğdun sevgilim! Bu xüsusi günü səninlə paylaşmaq, günün özündən daha özəldir. Səni sevirəm” ifadələrini yazıb.

Cütlük 2000-ci ildə evlənib və Dylan adlı oğulları, Carys adlı qızları var. Michael Douglas, 2020-ci ildə vəfat edən Hollywood əfsanəsi Kirk Douglasın oğludur və iki dəfə Oscar mükafatı qazanıb.

Catherine Zeta-Jones və Michael Douglas arasındakı 25 illik yaş fərqi əvvəlcə onların evliliyinə şübhə ilə yanaşılmasına səbəb olub. Lakin cütlük bu düşüncələri yalanlamaqdan əsla çəkinməyib.

Catherine Zeta-Jones bir müsahibəsində, onların xoşbəxtliyinin sirrinin davamlı çalışmaq olduğunu bildirib. O, işləri səbəbiylə dünyanı dolaşdığını və bu məsafələrin evliliklərini gücləndirdiyini deyib.