Amerikalı aktyor Conatan Lipnicki yeni “Primetime” filmində tamamilə fərqli bir obrazda tanınmaz hala gəlib.

Dergi.az xəbər verir ki, “To Catch a Predator” adlı reallıq şousunun çəkilişlərindən bəhs edən bu psixoloji cinayət trillerində Lipnicki pedofil rolunu canlandırır. Filmdə onun obrazı azyaşlı oğlanla görüşməyə çalışarkən “To Catch a Predator” proqramının aparıcısı Kris Hansen tərəfindən tutulur.

Conatan Lipnicki Hollywood Reporter-a verdiyi açıqlamada bu rolu canlandırmağın çətin olduğunu bildirib. O, “Lost Girls” adlı tamaşada da tam çılpaq səhnədə iştirak etdiyini, lakin bu filmdəki pedofil elementin daha qorxulu olduğunu vurğulayıb.

Lipnicki 1996-cı ildə “Jerry Maguire” filmində Tom Kruz və Renée Zellweger ilə birgə çıxış edərək aktyorluq karyerasına başlamışdı. Daha sonra “Stuart Little” filmində baş rolda yer alıb.

XƏBƏRİN VİDEOSU

0:00 / 0:00