İspan-Britaniyalı aktrisa Dafne Keen 11 yaşında çəkilişlərin bitdiyi partilərdə ona kokain təklif edildiyini açıqlayıb.
Dergi.az xəbər verir ki, “Logan” filmində Laura/X-23 roluyla tanınan keçmiş uşaq ulduz “Inside of You with Michael Rosenbaum” podkastında bu barədə danışıb. O, uşaq aktyor olaraq bu cür təcrübələrlə qarşılaşdığını və narkotiklərə marağının olmadığını bildirib.
Keen, partilərə musiqi, rəqs və sosiallaşma üçün getdiyini, lakin ayıq qalmağı üstün tutduğunu qeyd edib. O, yeniyetməlik dövründə içki içməkdən qaçmaq üçün bəzən yalan danışdığını etiraf edib.
Dafne Keen “Logan” filmindən başqa “His Dark Materials” və “Star Wars: The Acolyte” serialları ilə də tanınır.
Podkastda Keen, uşaq vaxtı Marvel və ya Star Wars pərəstişkarlarının “qəribə” davranışları ilə də qarşılaşdığını bildirib.
