Türkiyəli aktyor Deniz Can Aktaş ABtalks adlı proqramda qonaq olaraq şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Dergi.az xəbər verir ki, bir müddətdir həmkarı və rol yoldaşı Devrim Özkanla birlikdə olduğu danışılan Aktaş, həyatında birinin olub-olmadığını ilk dəfə açıq şəkildə bildirib.

Aktyor “Bəli, həyatımda məni xoşbəxt edən bir sevgi var” deyə qeyd edib. Lakin həyatındakı sevginin adını açıqlamayıb.

Proqramda sevgi ilə bağlı düşüncələrini də səmimi şəkildə bölüşən Aktaş, ilk baxışda sevgiyə inanmadığını, bir insanı sevmək üçün onu tanımaq və xüsusiyyətlərini kəşf etmək lazım olduğunu ifadə edib.

Evlilik barədə düşüncələrini də açıq şəkildə ifadə edən Deniz Can Aktaş “Evliliyin xüsusi bir qurum olduğunu düşünürəm və bir nöqtədə əlbəttə ki, evlənə bilərəm. Heç vaxt evlənmərəm və ya mütləq evlənərəm deyəcək qədər cəsarətli deyiləm. Doğru insanla bunu düşünərəm” deyə danışıb.