Səhnə performansları və cəsarətli tərzi ilə diqqət çəkən müğənni Dilarə Kazımova mərhum sənətçi Rəhim Rəhimlə duet şəklində səsləndirdiyi “PUL” mahnısının yeni solo versiyasını təqdim edib.
Dərgi.az xəbər verir ki, Kazımova bəstə üçün hazırlanan musiqili ekran işində “pul eqreqoru” obrazında çıxış edərək insan və pul münasibətlərini fərqli vizual dillə təqdim edib. Sənətçi 6 kiloqramlıq qırmızı xəz və tacdan ibarət qeyri-adi səhnə obrazı ilə kamera qarşısına keçib.
Musiqili ekran işində Dilarə Kazımovanı “NERO” rəqs kollektivi, həmçinin pilon rəqsi üzrə rəqqasə və 10 ildən artıqdır yaxın rəfiqəsi olan Sabina Şıtova müşayiət edib. Layihənin ən diqqətçəkən dekorasiyası isə 3 metr hündürlüyündə və 100 kiloqram ağırlığında hazırlanan “Canavar taxtı” olub.
Sənətçi geyimin dizaynı və ideyasını özü hazırlayıb. Bundan əlavə, Kazımova ekran işinin rejissorluğunu da öz üzərinə götürüb. Layihənin PR və media meneceri Elton Hacıyevdir.
Qeyd edək ki, “PUL” mahnısının müəllifi Nadir Nağd Pul, aranjimanı isə Nadir Nağd Pul və Fidan Alivaya məxsusdur. Kazımova mahnının solo versiyasını ilk dəfə “Dream Fest” festivalında səsləndirib və ifası tamaşaçıların böyük marağına səbəb olub.
Dilarə Kazımova “PUL”unu Rəhimsiz oxudu
1
