Ebru Gündeş, səhnədəki çıxışı zamanı dinləyicilərinə maraqlı bir açıqlama verib. O, estetik əməliyyatla bağlı düşüncələrini və xərclərini açıq şəkildə bölüşüb.

Dergi.az xəbər verir ki, Ebru Gündeş, “yarım üz gərdirmə əməliyyatı etdirdim. Bunu sizin üçün etdim. Necə, 10 yaş cavanlaşmışammı?” sözləri ilə estetik müdaxiləsini dinləyiciləri ilə səmimi şəkildə bölüşüb.

Məşhur müğənni, bu estetik toxunuş üçün təxminən 10 milyon TL xərclədiyini də gizlətməyib. Onun bu açıqlamaları dinləyicilər arasında böyük maraq oyadıb və bütün diqqətləri üzərinə çəkib.