Türkiyəli aktyor Halil Ergün “Adana Altın Koza Film Festivalı”nda Kadir İnanırın vəfat edən aktyorların xatirəsinə yayımlanan görüntüləri izləyərkən kövrək anlar yaşayıb.

Dergi.az xəbər verir ki, Ergün mərasimdə çıxış edərək dostu Kadir İnanırın vəfatının onu dərindən təsirləndirdiyini bildirib. “Kadirimizi itirdik. Bir nəsil getməyə başlayıb. Bu, mənə çox təsir edir,” deyə o qeyd edib.

Ergün, həmçinin Kadir İnanırın miras məsələsinə görə narahatlığını ifadə edib və Levent adlı şəxsə müraciət edərək bu məsələyə son qoyulmasını istəyib.

“Kadirim rahat yatsın. Onu narahat etməsinlər,” deyə Halil Ergün vurğulayıb.