Məşhur türkiyəli müğənni Ebru Gündeş son estetik əməliyyatları ilə yenidən gündəmə gəlib.

Dergi.az xəbər verir ki, Gündeş bir müddət əvvəl üzündə yarım üz gərdirmə əməliyyatı etdirdiyini açıqlayıb. Müğənninin bu əməliyyat üçün təxminən 10 milyon TL xərclədiyi iddia edilib.

51 yaşlı sənətçi əməliyyatdan sonra sosial media hesabında yeni fotolarını paylaşıb. Onun üzündəki dəyişiklik qısa müddətdə diqqət çəkib və fotolara çoxsaylı şərhlər gəlib.

Ebru Gündeşin yeni görünüşü sosial mediada müzakirə mövzusu olub. Bəzi izləyicilər onun daha gənc göründüyünü, digərləri isə dəyişimin çox aydın olduğunu qeyd edib.